Azərbaycan Kubokunda 2024/25 mövsümünün final oyunu “Qarabağ” – “Sabah” (2:3) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində Misli Premyer Liqasında 2024/25 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub.


Rekord.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade 15 qolla Misli Premyer Liqasında 2024/2025-ci illər mövsümünün ən sərrast futbolçusu seçilib.


Ona mükafatı AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.