"Yuventus"un futbolçusu Pol Poqba Turin təmsilçisinə qayıtması haqda danışıb.

Rekord.az xəbər verir ki, 2012-2016-cı illərdə də bu komandada çıxış edən və bu yay "Mançester Yunayted"lə müqaviləsi başa çatdıqdan sonra A seriyası təmsilçisinə gələn 29 yaşlı yarımmüdafiəçi deyib:

“Mən ürəyimlə düşünməyi və seçim etməyi xoşlayıram. Üstəlik, bu, "Yuventus"a qayıtmaq üçün ən uyğun vaxt ola bilərdi. Son 3 il ərzində "Mançester Yunayted"də çox zədələndim, bu dəfə işlər istədiyim kimi getmədi. "Yuventus"u ürəyimlə seçdim".