Polşa Futbol İttifaqının prezidenti mundial haqda
- 05 Dek 2022 15:14
- 431
Polşa Futbol İttifaqının prezidenti Sezar Kuleşa milli komandanın DÇ-2022-dəki çıxışını dəyərləndirib.
Rekord.az xəbər verir ki, o, komandalarının çıxışından razı qalıb.
Baxmayaraq ki, Polşa 1/8 finalda Fransaya uduzub (1:3) və mübarizəni dayandırıb: “Komandamız üçün Dünya Kuboku bitdi, amma biz başımız dik tutaraq Qətəri tərk edirik. Fransaya qarşı qələbə şanslarımız var idi, amma dünya çempionları daha güclü çıxdı. 36 ildə ilk dəfə qrupdan mərhələsini dəf etməyi bacardıq. Buna görə məşqçiyə, futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm”.