ABŞ milli komandası argentinalı mütəxəssis Maurisio Poçettinonun rəhbərliyi altında özü ilə bağlı 21-ci əsrin antirekordunu müəyyən edib.


Rekord.az xəbər verir ki, bu, İsveçrəyə qarşı yoldaşlıq görüşündə böyükhesablı məğlubiyyətdən (0:4) sonra baş verib. 


Oyun ABŞ-ın Neşvill şəhərindəki “Geodis Park” stadionunda keçirilib.


ESPN-in məlumatına görə, amerikalılar ardıcıl olaraq dörd ev oyununda məğlub olublar — belə bir hal sonuncu dəfə 1988-ci ildə baş vermişdi.


Xatırladaq ki, bundan əvvəl KONKAKAF Millətlər Liqasının yarımfinalında ABŞ Panamaya 0:1 hesabı ilə uduzub. Daha sonra, üçüncü yer uğrunda oyunda Poçettinonun komandası Kanadaya 1:2 hesabı ilə məğlub olub. Son yoldaşlıq görüşündə isə ABŞ Türkiyəyə 1:2 hesabı ilə uduzub.


Qeyd edək ki, ABŞ Kanada və Meksika ilə birlikdə 2026-cı il dünya çempionatının ev sahiblərindən biridir.