Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn sonuncu komanda müəyyənləşib.


Rekord.az xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Sumqayıt" NTD-ni qəbul edib.


Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüş NTD-nin 95:88 hesablı qələbəsi ilə başa çatıb.


Tərəflər arasında ilk görüşdə də NTD rəqibini üstələmişdi - 121:107. Bu nəticədən sonra komanda növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.


Daha əvvəl "Naxçıvan", "Şəki" və "Gəncə" kollektivləri də Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.


Beləlikə, pley-offda "Sabah" - "Naxçıvan", "Abşeron Lions" - "Şəki", "Neftçi" - NTD və "Ordu" - "Gəncə" matçları keçiriləcək.