
PFL mayın qaliblərini mükafatlandırdı
- 11 İyn 2025 18:20
- 59
Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Neftçi"nin futbolçusu Emin Mahmudov mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in prezidenti Elxan Səmədov təqdim edib.
I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Karvan"ın futbolçusu Ezekiel Morqan mükafatlandırılıb. Mayın ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
II Liqada “Ayın qolu” layihəsi çərçivəsində isə “Hypers Guba”nın futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb. May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.