PFL prezidenti maraqlı açıqlama verib.

Rekord.az xəbər verir ki, I Divizion matçlarını canlı yayımlayan qurumun rəhbəri yeniliklər barədə danışarkən dron almaq istəklərinin olduğunu bildirib.

Səbəbini isə belə izah edib: “Fikir verirsiz, əvvəl oyunları bir kamera ilə çəkirdik. Ancaq bu il iki kamera ilə çəkirik. Növbəti ilə düşünürük ki, epizodların təkrarını da tamaşaçılara təqdim edək. Dron almaq fikrindəyik. Düzdü, Azərbaycanda ondan istifadəyə icazə yoxdu. Amma burdakı matçlarda xidmətindən yararlana bilərik. Futbolsevərlərə oyunun bütün gözəlliklərini çatdırmaq istəyirik. Yeniliklərimiz konkret budu”.