Keçən il olduğu kimi, bu il də Peşəkar Futbol Liqası (PFL) Antalyaya çəkiliş qrupu göndərəcək.

Bu haqda məlumatı Rekord.az-a PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev verib.

Qurum əməkdaşları bu şəhərdə hazırlıq keçəcək klublarımızın yoxlama oyunlarını canlı şəkildə futbolsevərlərə təqdim edəcək. Şahgəldiyevin sözlərinə görə, onlar gün ərzində iki oyun olacağı halda belə, hər ik oyunu yayımlamağa çalışacaqlar.