
PFL daha bir pley-off matçının vaxtını açıqladı
- 26 May 2025 19:20
- 79
2025/26 mövsümündə 2-ci Liqada çıxış etmək uğrunda cari mövsüm 2-ci Liqada 13-cü yeri tutmuş “Lerik” klubu ilə Region liqasında 2-ci olmuş “Şirvan” komandası 29 may saat 16:00-da "ASCO Arena"da pley-off oyununda üz-üzə gələcəklər.
Rekord.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Bununla əlaqədar mayın 27-də saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.