Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunun daha bir oyunu keçirilib.


Rekord.az xəbər verir ki, B qrupunda yer alan komandaların duelidə "Ordu" komandası "Lənkəran"a qalib gəlib - 107:65.


Matç "Sərhədçi" İdman Mərkəzində baş tutub.


Günün ilk görüşündə "Quba" komandası Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub.


Bu gün həmçinin "Sərhədçi" – "Sumqayıt" görüşü baş tutacaq.