Bu gün futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək. 


Rekord.az xəbər verir ki, əvvəlcə mövsümü qızıl dublla başa vurmağı hədəfləyən "Neftçi" Birinci Liqanın iddialılarından olan "Baku Fire-2" ilə gücünü sınayacaq.


Növbəti görüşdə isə ötən ilin finalçıları üz-üzə gələcək.


Baku Fire-2 – Neftçi İK

18 aprel. Olimpik Star. Saat 17:00

Hakimlər: Hikmət Qafarlı, Hidayət Feyzullayev, Vüsal Balaşov

Hakim-inspektor: Azad Hüseynov


PFL – Araz-Naxçıvan

18 aprel. Olimpik Star. Saat 19:00

Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Kənan Məlikov

Hakim-inspektor: Murad Məmmədov