Nuray Əbilovadan Avropa birinciliyində iki medal
- 20 Avq 2026 23:25
- 37
Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb.
Bu barədə Rekord.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.
Birdən qaldırma hərəkətində 70 kq çəkini başı üzərinə qaldıran idmançı təkanla qaldırmada 85 kq-ın öhdəsindən gələrək bürünc mükafata sahib çıxıb.
O, toplamda isə 155 kq nəticə ilə növbəti bürünc medal qazanıb.