
Noyer bugünkü oyunu buraxacaq
- 17 Mar 2021 13:47
- 611
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının 1/8 finalında "Latsio" ilə cavab matçını buraxacaq.
Rekord.az "Sport1"ə istinadən xəbər verir ki, buna səbəb baş məşqçi Hans Diter Flikin 34 yaşlı qolkiperə istirahət vermək istəməsidir. Ona görə futbolçu komandanın səhər məşqində də iştirak etməyib. Sözügedən görüşdə isə Noyerin əvəzinə Aleksandr Nübel meydanda olacaq.
"Münhen" təmsilçisinə ötən ilin yayında keçən 24 yaşlı oyunçu komanda ilə cəmi 2 matça çıxıb. O, Almaniya kubokunun 1/32 finalında "Duren"lə görüşdə (3:0) və Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə matçda (1:1) qapını qoruyub.
Qeyd edək ki, sabah keçiriləcək "Bavariya" - "Latsio" qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq. Tərəflər arasında ilk matç Bundesliqa klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.