Azərbaycanlı mütəxəssis Novruz Əzimovun çalışdırdığı "Dinamo-Avto" Moldova çempionatında növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, Tiraspol təmsilçisi evdə "Sfıntul George"yə uduzub - 0:2.

Ardıcıl 3 oyundur məğlub olan "Dinamo-Auto" turnir cədvəlində 11 turdan sonra 0 xalla 8 komanda arasında sonuncudur.

Qeyd edək ki, Moldova Futbol Federasiyası klubu danışılmış oyunlarda adı hallanması səbəbindən cəzalandırıb və "Dinamo-Auto" mövsümə mənfi 6 xalla başlayıb.