Növbəti mövsümdə Premyer Liqada böyük ehtimalla yenə də 8 komanda mübarizə aparacaq.

Rekord.az-a bununla bağlı AFFA-a yaxın mənbədən məlumat daxil olub.

Məlumata görə bunun əsas səbəbi maliyyə ilə bağlıdır. I Divizionda çıxış edən komandaların heç biri elitada oynamağa hazır deyil. İlk növbədə sponsor yoxdur. Əsas ümid AFFA-ya olsa da hazırkı dönəmdə federasiya özü də çətin vəziyyətdədir. Həm məlum koronavirus səbəbindən gəlirlər azalıb, həm də neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən də SOCAR maliyyə qənaətinə başlayıb. Güman ki, may ayında AFFA İcraiyyə Komitəsi bunu rəsmən açıqlayacaq.