Niderland millisinin sabiq futbolçusu Covanni van Bronkhorst "Liverpul"un (İngiltərə) məşqçilər korpusuna qoşulub.


Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.


O, Arne Slotun köməkçisi olacaq.


50 yaşlı mütəxəssis məşqçilik karyerasına 2011-ci ildə başlayıb. O, 2015-2019-cu illərdə yığmanın baş məşqçisi vəzifəsində çalışıb. Daha sonra "Quançjou" (Çin), "Reyncers" (Şotlandiya) və "Beşiktaş"da (Türkiyə) baş məşqçi kimi fəaliyyət göstərib.