Nicat Mehbalıyev yenidən "Qəbələ"yə qayıda bilər.

Rekord.az-a daxil olan məlumata görə, "Sabah"da oynamaq şansı qazanmayan Mehbalıyev bu yaxınlarda jurnalistlərə açıqlamasında mövsümün sonunda bu məsələ ilə bağlı "Sabah" rəhbərliyi ilə danışacağını bildirmişdi.

Bu açıqlamanı çoxu ayrılıq mesajı kimi də qəbul etmişdi. Məhz bundan sonra Nicatla əlaqə saxlayan "Qəbələ"nin yenidən qapıçıya geri qayıtmaq təklifi etdiyi deyilir. 

Qeyd edək ki, "Qəbələ"də əsas qapıçı Səlahət Ağayev bir neçə oyunda etdiyi səhvlərdən sonra ehtiyata düşüb. Atanqana isə hələ ki, əsas heyət qapıçısı olmağa layiq olduğunu sübut edə bilməyib.