
Neymarın PSJ-dəki çıxışı ilə bağlı maraqlı statistika
- 27 İyn 2022 15:39
- 443
PSJ-nin hücumçusu Neymar Fransa klubuna transfer olunandan sonra ümumilikdə 7832 dəqiqə meydanda olub.
Rekord.az "Whoscored"ə istinadən xəbər verir ki, braziliyalı ulduz mümkün oyun vaxtının (16110 dəqiqə) yarısından da azında - 48,6 faizində PSJ-nin rəqiblərinə qarşı mübarizə aparıb.
Paris klubundan ayrılacağı deyilən Neymarın "Yuventus"la danışıqlara başladığı barədə xəbərlər yayılıb.
Braziliya millisinin lideri PSJ-yə 2017-ci ildə, 222 milyon avro qarşılığında "Barselona"dan transfer olunub. Paytaxt klubunun formasıyla çıxdığı 144 rəsmi matçda 100 qol vuran cənubi amerikalı forvard 60 məhsuldar ötürmə ilə də yadda qalıb.