
Neymar koronavirusa yoluxdu
- 18:00
- 33
“Santos”un və Braziliya millisinin futbolçusu Neymar koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
COVID-19 diaqnozu qoyulan ulduz futbolçu simptomların özünü göstərməyə başladığı cümə axşamından bəri kollektiv məşqlərdən kənarlaşdırılıb.
33 yaşlı forvard ev şəraitində həkiminin göstərişi ilə müalicə alır.
Neymar bu mövsüm “Santos”un heyətində bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun "Santos"la müqaviləsi iyunun 30-da başa çatır və tərəflər hələlik müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.
Neymar bu ilin yanvarında "Santos"a qayıdıb.