Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar hakimlərin ona münasibətindən narazıdır.

Rekord.az xəbər verir ki, o, Tunislə yoxlama oyunundan (5:1) sonra bu barədə bildirib:

“Tunisli oyunçular onları çılğıncasına dəstəkləyən azarkeşlər sayəsində meydana çıxdı. Amma biz buna hazırıq. Futbol oynadıq və matça nəzarət etdik.

Matçın ilk fauluna görə sarı vərəqə aldım. Qəbul etmək çətindir. Mənə qarşı bir oyunda dörd, beş, altı dəfə kobudluq olunur.

Mənə həmişə fərqli münasibət olub. İkinci hissədə əks-hücuma başlayanda ayaqlarıma zərbə ilə vurdular.

Rəqib futbolçu mənə kobudluq etdi və sarı vərəqə belə almadı. Mən isə təsadüfən müdafiəçiyə qarşı kobud oynadım, bunu qəsdən etmədim.

Hətta dayanıb ondan üzr istədim. Amma mənə sarı göstərdilər.

Belə halları idarə etmək mümkün deyil. Mən onu qəsdən vurmamışam. Bəzən daha sağlam düşüncə görmək istəyirsən”