
Neymar Braziliya prezidenti ilə canlı yayına çıxacaq
- 24 Okt 2022 14:51
- 417
PSJ-nin braziliyalı superulduzu Neymar vətənindəki prezident seçkilərində aktiv rol oynamaqda davam edir.
Rekord.az xəbər verir ki, təcrübəli futbolçunun ikinci tur öncəsi mövcud prezident Jair Bolsonaru ilə bu axşam canlı yayına çıxacağı məlum olub.
\Bunu Bolsonaru sosial şəbəkədəki hesabında paylaşıb. O, Neymarla belə desək, dəstək yayını həyata keçirəcəklərini vurğulayıb. Qeyd edək ki, 30 yaşlı futbolçu seçkilərin ilk turundan öncə bir video hazırlayaraq Bolsonaruya səs verəcəyini açıqlamışdı. Seçkilərdə Bolsonarunun əsas rəqibi olan Luis İnasio Lula da Silva isə bu paylaşımlarına görə Neymarı tənqid atəşinə tutub. Onun iddiasına görə Bolsonaru ilə məhşur futbolçu gizli sövdələşməyə gedib. Hazırki prezident Neymarın dəstəyi qarşılığında onun vergi borclarının silinməsinə razılıq verib. Hər halda bu versiyanı Lula ortaya atıb. Braziliyada seçkilərin ikinci turu oktyabrın 30-da keçiriləcək.