Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.


Rekord.az xəbər verir ki, sözügedən komanda 9-cu turda “Los Anceles Qalaksi”ni qəbul edib.


Matç “Kolumbus Kru”nun qələbəsi ilə başa çatıb – 2:1.


Nəriman bu oyunda meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.


“Kolumbus Kru” Şərq Konfransında 9 xalla 9-cu sıradadır.