“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, qapıçı Aqil Məmmədovla anlaşma daha 2 illiyə artırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiper 2021/2022-ci illər mövsümünün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev də yeni anlaşmaya imza atmışdı.