“Neftçi” yarımfinalda məğlub oldu
- 16:00
- 33
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv yarımfinalda ABŞ yığmasına uduzub.
Qarşılaşma rəqibin 21:16 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, "Neftçi" bu gün 1/4 finalda Monqolustan millisini məğlub edib – 21:11. Komanda ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına da qalib gəlmişdi.