“Neftçi SOCAR” Tokioda 1/4 finala yüksəldi
- 17:00
- 28
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, komanda ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.
Azərbaycan təmsilçisi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.
"Neftçi SOCAR" qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin "Pekin" klubuna rəqib olub.
Qeyd edək ki, təmsilçimizin 1/4 final oyunu Bakı vaxtı ilə səhər saat 07:00-da baş tutacaq.