Azərbaycan Basketbol Liqasından pley-off mərhələsində daha bir matç keçirilib.


Rekord.az xəbər verir ki, NTD və "Neftçi" komandaları üz-üzə gəlib.


Bakı İdman Sarayında baş tutan görüşdə "Neftçi" komandası 119:99 hesablı qələbə qazanıb.


NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf komandalar arasında keçiriləcək üçüncü görüşdə müəyyənləşəcək.