
“Neftçi” İqor Ribeyro ilə müqavilə bağladı
- 02 İyl 2025 13:20
- 69
“Neftçi” İqor Ribeyro ilə müqavilə bağlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.
“Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.
28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.