
"Neftçi" Emini satmağa razıdı
- 20 Okt 2022 12:00
- 763
Yayılan məlumatlara görə, Azərbaycan millisinin və "Neftçi"nin kapitanı Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Harts"ln maraq dairəsinə düşüb.
Saytımıza daxil olan məlumata görə, yaxşı təklif olacağı təqdirdə "Neftçi" rəhbərliyi Emini satmağın əlehinə deyil. Lakin bir məsələ var ki, Britaniya mətbuatının yazdığından fərqli olaraq, Şotlandiya klubundan "Neftçi" rəhbərliyinə heç bir müraciət ünvanlanmayıb.