"Naxçıvan" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunda qələbə qazanıb.


Rekord.az xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi səfərdə "Quba"nı məğlub edib – 103:96.


Qarşılaşma Quba Olimpiya Kompleksində keçirilib.


"Naxçıvan" 36 xalla ikinci, "Quba" 27 xalla üçüncü pillədə qərarlaşıb.


Bu gün B qrupunda həmçinin "Ordu" – "Lənkəran" və "Sərhədçi" – "Sumqayıt" görüşləri baş tutacaq.