Region Liqasının Naxçıvan üzrə zona yarışları oktyabrın sonunda start götürücək.

Rekord.az xəbər verir ki, yeni mövsümdə 8 kollektiv mübarizə aparacaq.

İştirakçılar arasında yeni ad gözə dəyir. Bu, Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) komandasıdır.

NMİ I Divizionda qüvvəsini sınamağa başlayan «Araz-Naxçıvan»ı əvəzləyib.

Muxtar Respublikada turniri birinci pilləni tutan komanda birbaşa Region Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanacaq.