"Naxçıvan" komandası Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisi pley-in mərhələsinin ikinci oyununda "Sərhədçi" ilə üz-üzə gəlib.


Qarşılaşma "Naxçıvan"ın qələbəsi ilə bitib - 93:80. İlk görüşdə də qalib gələn kollektiv (98:87) pley-offa yüksəlib.