İtaliyanın "Napoli" klubu UEFA Çempionlar Liqasında Almaniyanın “Bayern” və Fransanın PSJ komandalarının imza atdığı rekordu təkrarlayıb.

Rekord.az xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna turnirin qrup mərhələsinin 4-cü turunda Niderland “Ayaks”ını 4:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Neapol təmsilçisi 4 matçda vurduğu qolların sayını 17-ə çatdırıb.

PSJ 2017/18, “Bayern” isə 2021/22 mövsümündə 4 görüşə eyni sayda qol vurmuşdu.