Son Rusiya çempionu "Krasnodar" Fransanın "Nant" klubundan Duqlas Auqustonu transfer etmək istəyir.

Rekord.az xəbər verir ki, Rusiya klubu sözügedən futbolçu üçün fransızlara 6 milyon avro ödəməyə hazırdı.

28 yaşlı braziliyalı yarımmüdafiəçi ötən mövsüm "Nant"ın heyətində bütün turnirlərdə 30 oyuna çıxmış, 4 qol vurub, 4 məsuldar ötürmə edib.

Qeyd edək ki,  "Krasnodar"ın baş məşqçisi "Sabah"ın sabiq çalışdırıcısı Murad Musayevdi.