Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə yekun vurulub.


Rekord.az xəbər verir ki, 20-ci turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gəlib.


Bakı İdman Sarayında baş tutan qarşılaşma "bayquşlar"ın 105:72 hesablı qələbəsi ilə bitib.


A qrupunun oyunu xoşagəlməz hadisə ilə də yadda qalıb. Görüşün dördüncü periodunda "Abşeron Lions"un oyunçusu Ceylon Şou ciddi zədə alaraq meydanı xərəkdə tərk edib.


Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.