
Mövqenin Yonq üçün fərqi yoxdur
- 24 Okt 2022 13:50
- 429
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komandasının La Liqanın 10-cu turu çərçivəsində “Vilyarreal” üzərində qazandığı qələbəni (3:0) şərh edib.
Rekord.az xəbər verir ki, niderlandlı bu qələbəyə ehtiyacları olduğunu deyib:
“Son həftələrdə qazandığımız pis nəticələrdən sonra qələbəyə ehtiyacımız var idi. Bu, komandadakı atmosfer üçün çox vacibdir.
Hansı mövqedə oynamağım mənim üçün fərq vermir. Oyunda fəal iştirak edəndə və bu oyunda olduğu kimi, daim topa toxunanda özümü rahat hiss edirəm”.
La Liqada 10 turdan sonra “Vilyarreal” 15 xalla 9-cu pillədə qərarlaşıb. “Barselona” isə 25 xalla 2-ci yerdədir.