Monteneqro U-21 millisinin və Rusiyanın "Ximki" klubunun futbolçusu Stefan Melentijeviç Rekord.az-a eksklüziv müsahibə verib:


- Azərbaycanın U-21 millisi ilə 0:0 başa çatan oyunu necə dəyərləndirərdin?

- Çətin oyun keçdi, öncədən də  bunun belə olacağını bilirdik. Yoldaşlıq görüşü olsa da, gərgin mübarizə oldu. Hakim faktoru da özünü göstərdi...

- Yəni hakimin Azərbaycan millisinə kömək etdiyini düşünürsən?

- Bəli. Bir neçə epizodda fərqli qərarlar verdi. Yerli hakimlərin yerli komandalara bu tip simpatiyalarl olur, bunu da normal qarşılayıram.

- Oyundan sonra baş verən dava-dalaş haqda nə deyə bilərsən. nə baş vermişdi?

-Nə baş verdiyini bilmirəm.

- Orda deyildin ki?

- Mən sonradan gəldim. Sakitləşdirmək niyyəti ilə. Ona görə əvvəldən nə verdiyini görmədim.

- Rusiyanın "Ximki" klubunun üzvüsən. Rusiyada özünü necə hiss edirsən?

- Rusiyada özümü çox yaxşı hiss edirəm, hələ ki, müqaviləm var. Amma daha yaxşı təkiflər olarsa, klubumu dəyişə də bilərəm.

- Azərbaycan klublarından təklif gəlsə. qəbul edərsən?

- Mümkündür. Həyatda heç vaxt "heç vaxt" deməyəcəksən. 

- Azərbaycan futbolu haqda hansı məlumatların var?

- Yox yaxşı məlumatım var. Burada bizim ölkədən olan futbolçular oynayır. Bundan başqa, "Qarabağ" - "Neftçi", "Zirə" kimi klubları da tanıyıram. 


Anar XANLAROV