
MOİK-də qarşıdurma: futbolçular baş məşqçini istəmir
- 14 Okt 2022 15:00
- 864
Mövsümə uğurlu start verib, bir ara ikinci pillədə qərarlaşan MOİK son iki turda meydanı məğlub tərk edir.
Rekord.az xəbər verir ki, “hərbçilər” hazırda 7 oyundan sonra hesabında 11 xalla 5-ci pillədə qərarlaşıb. Ancaq belə gedişlə MOİK-in enişi davam edəcək. Niyə?
Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, futbolçularla məşqçi Şəhriyar Məmmədov arasında narazılıq yaşanır. Komanda üzvləri Məmmədovun postundan getməsini istəyir. Bu səbəbdən son iki matçda MOİK-in futbolçuları meydana həvəssiz çıxırlar. Mənbəmiz onu da bildirdi ki, Şəhriyar bəy köməkçisi Elman Sultanovu da komandadan göndərib. Halbuki Sultanov məhz onun istəyi ilə paytaxt klubunun məşqçilər korpusunda yer almışdı.
İddia olunur ki, hazırkı baş məşqçi Elman bəyin ondan daha savadlı və işgüzar olmasından çəkinib və gələcəkdə onun yerinə gələ biləciyni nəzərə alaraq köməkçisi ilə yolları ayırıb. ("Futbol plus")