AFFA İcraiyyə Komitəsinin son iclasında “Mingəçevir”, “Araz-Naxçıvan” və “İmişli”nin növbəti mövsümdən 1-ci divizionda çıxış etməsinə qərar verildi.

Rekord.az xəbər verir ki, artıq komandalar bunun hazırlığına başlayıb.

 

“Nur şəhəri”nin təmsilçisində hansı yenilikləri olduğunu öyrənmək üçün klubun İdarə Heyətinin rəhbəri Rövşən Əhmədovla əlaqə saxladıq. O, yaxın günlərdə baş məşqçinin adına aydınlıq gələcəyini bildirdi:
 

“Xüsusi yenilik yoxdu. Bu gün İdarə Heyətinin bəzi üzvləri ilə görüşdük. Onlarla bəzi məsələləri müzakirə etdik. Baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək. Çox güman, komanda kənardan bir mütəxəssisə həvalə olunacaq. Lakin Zaur Qarayevlə Azər Həşimov komandada qalacaq. Onların əziyyəti böyükdü, komandadan uzaqlaşdırmaq düzgün olmaz. Yeni çalışdırıcı ilə danışıqlar zamanı da bunu qeyd edəcəyik. İyunun 1-nə kimi bütün məsələlərə aydınlıq gələcək. Komanda bundan sonra doğma şəhərdə məşqlərə başlayacaq. Başqa dəyişiklik olsa, ictimaiyyətə açıqlayacağıq”. ("Futbol plus")