
Millinin sabiq futbolçusu 32 yaşında vəfat etdi
- 22 Okt 2022 15:21
- 624
Futbol üzrə Yaponiya millisinin sabiq hücumçusu Masato Kudo vəfat edib.
Rekord.az xəbər verir ki, futbolçu beyin əməliyyatından sonra 32 yaşında dünyasını dəyişib.
Forvard oktyabrın 3-də xəstəxanaya yerləşdirilmişdi.
Masato Kudo yığmanın heyətində 4 oyun keçirib və 2 qol vurub. Hücumçu ölkəsində "Kasiva Reysol"dakı çıxışına görə tanınıb.