
Millimizin üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər
- 01 İyn 2025 13:30
- 82
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri II Şəhidlər Xiyabanını ziyarət ediblər.
Rekord.az xəbər verir ki, komanda üzvləri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna ehtiramların bildirib, məzarları üstünə əklillər qoyublar.