Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) qrup ikincisi olaraq Superfinala vəsiqə ilə yanaşı, gümüş medal qazanıb.


Rekord.az xəbər verir ki, millimizin oyunçusu Orxan Məmmədov turnirin ən yaxşı futbolçusu seçilib.


Ramil Əliyev isə 5 qolla bombardir olub.


Superfinal 7-14 sentyabr tarixlərində İtaliyada keçiriləcək. Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək.