Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxacaq.


Rekord.az xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşacaq.


Görüş Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürəcək.


Azərbaycan millisi İsveçrəni məğlub etsə, turniri 10-cu pillədə başa vuracaq.