Millimizin oyununu qadın hakim idarə edəcək
- 12 Okt 2024 14:00
- 161
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını qadın hakim idarə edəcək.
Rekord.az xəbər verir ki, İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb.
Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.
Oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.