
Millimizin İsveçlə səfər matçının stadionu bəlli oldu
- 07 Dek 2022 18:44
- 461
Futbol üzrə Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2023-cü il martın 27-də Solna şəhərində keçiriləcək.
“Friends Arena”da baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.