Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva "Zenit" klubunun heyətində Rusiya superkubokunun qalibi olub.


Rekord.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda "Lokomotiv"i (Moskva) 3:0 hesabı ilə mğlub edib.


Nigar Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.


“Zenit” tarixində ikinci dəfə Rusiya superkubokunu qazanıb.