
Millimizdən Latviya ilə qolsuz heç-heçə
- 07 İyn 2025 18:51
- 47
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxıb.
Rekord.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi millimiz səfərdə Latviya yığması ilə qarşılaşıb.
Riqadakı “Skonto” stadionunda baş tutan oyunu Maltadan olan hakimlər idarə ediblər.
Millimiz Fernandu Santuşun gəlişindən bəri qələbəyə həsrətdir. Komandamız bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi oyunlarda cəmi 1 heç-heçə edə bilib. Bu üzdən yığmamız səfərdən qələbə ilə qayıtmağa çalışıb. Amma təəssüf ki, komandamızın bu həsrətə son qoymaq istəyi yenə baş tutmayıb.
Yoxlama oyunu
7 iyun
Latviya - Azərbaycan 0:0
Baş hakim: Trustin Farruciya Can (Malta).
Skonto stadionu. Saat 17:00.
Azərbaycan: 23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (k), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 11. Xəyal Əliyev, 2. Zamiq Əliyev, 21. Mert Çelik, 9. Renat Dadaşov, 22. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 24. Rauf Rüstəmli, 15. Şahin Şahniyarov.
Baş məşqçi: Fernandu Santuş.
Latviya: 23. Rihards Matreviç, 3. Vitali Yaqodinski, 21. Denis Melnik, 2. Daniel Balodi, 20. Maksim Tonişev, 16. Alvis Yaunzem, 25. Krister Penkeviç, 15. Dmitri Zelenkov, 7. Eduard Daşkeviç, 17. Lukas Vapne, 18. Marko Reqza.
Ehtiyat oyunçular: 1. Krisyanis Zviedris, 12. Frenk David Orol, 22. Aleksey Savelyev, 13. Raivis Andris Yurkovski, 6. Krister Tober, 8. Renar Varslavan, 11. Qleb Jaleyko, 24. Kristap Qrabovski, 10. Yanis İkaunyek, 9. Vladislav Qutkovski, 19. Bruno Melnis, 5. Antoni Çernomordi.
Baş məşqçi: Paolo Nikolato.