
Millimiz “Turan Tovuz”a qalib gəldi
- 15 Mar 2021 21:00
- 796
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan yığmamızın rəqibi elə “Turan Tovuz” komandası olub.
Millimiz bu oyunda 5:1 hesabı ilə qələbə qazanıb. U-19-un qollarını dubla imza atan Ağadadaş Salyanski, eləcə də Zöhrab Əsədov, Kamal Kazımov və Mahmud Ağayev vurub.