Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 4-dən 20-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.


Rekord.az xəbər verir ki, milli hazırlıq dönəmində - mayın 7-si və 9-da Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.


Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.


Yığmaya dəvət edilən oyunçuların adlarını diqqətinizə çatdırırıq:


Qapıçılar: Elçin Qasımov, Emil Omarov;


Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.