
Millimiz Macarıstana məğlub oldu
- 10 İyn 2025 21:52
- 63
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Fernandu Santuşun çalışdırdığı yığmamız Macarıstanla qarşılaşıb.
“Liv Bona Dea Arena”da keçirilmiş oyunda komandamız portuqal mütəxəssisin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışıb. Bu, həm də macarlar üzərində ilk qələbəmiz kimi tarixə düşə bilərdi. Çünki yığmamız indiyə qədər bu komandaya qarşı keçirdiyi 7 oyunun hamısından məğlubiyyətlə ayrılmışdı. Elə bu görüşdə də macarlar qələbə qazanıblar.
Yoxlama oyunu
10 iyun
Azərbaycan – Macarıstan 1:2
Qollar: Renat Dadaşov, 7 - Barnabas Varqa, 5. Dominik Soboslai, 33.
Baş hakim: Viktor Şimusik (Belarus).
“Liv Bona Dea Arena”.
Azərbaycan: 1. Rza Cəfərov, 4. Bəhlul Mustafazadə, 18. Cəlal Hüseynov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 20. İsmayıl İbrahimli, 9. Renat Dadaşov, 10. Mahir Emreli.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 12. Aydın Bayramov, 2. Zamiq Əliyev, 6. Səbuhi Abdullazadə, 11. Xəyal Əliyev, 15. Şahin Şəhniyarov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə, 21. Mert Çelik, 22. Musa Qurbanlı, 24. Rauf Rüstəmli.
Baş məşqçi: Fernandu Santuş.
Macarıstan: 12. Balaj Tot, 6. Villi Orban, 7. Loik Neqo, 15. Marton Dardai, 14. Bendequz Bolla, 18. Jolt Naqi, 13. Andras Şefer, 21. Aleks Tot, 20. Roland Sallai, 10. Dominik Soboslai, 19. Barnabas Varqa.
Ehtiyat oyunçular: 1. Deneş Dibuş, 22. Peter Sappanoş, 2. Attila Osvat, 3. Botond Baloq, 4. Attila Moçi, 5. Qabor Salai, 8. Tamaş Nikitşer, 17. Kallum Staylz, 23. Kevin Çobot, 24. Bense Dardai, 25. Aron Çonqvai, 26. Milan Vitaliş.
Baş məşqçi: Marko Rossi.