21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirəcək.


Rekord.az xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.


Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.